"Azərbaycanda bu qədər bələdiyyənin olmasına ehtiyac yoxdur".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Bakıda böyük şəhər bələdiyyəsi yaratmaq lazımdır:
"Görürsən kiçik bir kənddir, bələdiyyə qoyublar, buna nə ehtiyac var? Kiçik bir kəndin, qəsəbənin bələdiyyəsi nə deməkdir? Böyük edirsən ki, normal ərazisi olsun, pul qazana bilsin və vətəndaşa xidmət etsin. Kiçik olanda bu xidməti göstərə bilmir. Ona görə də bələdiyyələr yarıbayarı azaldılmalıdır".
Anar Kəlbiyev