“Təhsil Nazirliyi bütün mövzuları açıq şəkildə müzakirə etməyə hazırdır”.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, əsas işlərimizdən biri təhsil sahəsindəki mövcud problemləri daha yaxşı və tez həll etməkdir.
E.Əmrullayev qeyd edib ki, məktəb-valideyn tərəfdaşlığı məktəbin daha səmərəli idarə olunması, təlim-tərbiyə prosesinin daha yaxşı təşkil edilməsi üçündür:
“Məktəbin əsas göstəricisi ölkənin inkişafına töhfə verə biləcək insanların yetişdirilməsi olmalıdır”.