Narkotik asılılıq immunitet zəifliyinə səbəb olur.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir:
"Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər".