2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şəki, Yevlax, Ucar, Zərdab və Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunu yenidən qurub.
“Unikal” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.
"O cümlədən Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9 km, Zərdab rayonunda - 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolunun yenidən qurulması işləri həyata keçirilib", - deyə o, qeyd edib.
Murad İbrahimli