Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayan şəxsin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "facebook" hesabında paylaşım edilib.
Həmin şəxs Dövlət İdarəçilik Akademiyasının məzunu Ağaverdiyev Aydın Habil oğludur. O, imtahanda 98 bal toplayıb.
Qeyd olunub ki, A.Ağaverdiyev bakalavriat səviyyəsinə qəbul imtahanında 683 bal toplayıb.
Xatırladaq ki, magistratura imtahanında ən yüksək bal 100-dür.