Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, təhsil və elm sahələrində ikitərəfli əlaqələr müzakirə olunub.