22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən layihələrə dəstək göstərilməsidir.
Razılaşmaya əsasən tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, ekosistemin bərpası, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri kimi layihələrin icrasında koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.