"Kral kaybederse" serialında Kıvanç Tatlıtuğun tərəf müqabili dəyişib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Serenay Sarıkaya rol alacaq.
Qeyd edək ki, Kıvançın daha öncə Beren Saatla tərəf müqabili olacağı deyilirdi. Türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlunun kitablarından birinin motivləri əsasında lentə alınacaq serial "Star" telekanalında yayımlanacaq.