Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.
O qeyd edib ki, burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.
"Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dan əziyyət çəkir.
Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib", -deyə o əlavə edib.