Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, 1 yanvar 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1430 nəfər artaraq 462 min 960 nəfər olub.