Nərimanov rayonunda inşa olunan “City Garden Nərimanov” yaşayış kompleksi haqqında Kütləvi İnformasiya Vasitələrində inşası davam edən yaşayış binasının uçması ilə bağlı yayılan məlumatlar tam əsassızdır.
"Unikal" xəbər verir ki, qeyd edilən ərazidə inşa edilməkdə olan texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblərinin sökülmə prosesi başladılıb. Sökülmə zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb.
Texniki binanın yerləşməsi əlavədə göstərilib: