Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif edilir.
"Unikal" xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Hesabatda həmçinin ünvanlı dövlət sosial yardımı təyin edilərkən ailə üzvü olan birinci dərəcə əlilliyi olan şəxslərin ailənin tərkibində nəzərə alınmaması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na “birinci dərəcə əlilliyi olan şəxslər” məzmununda 3.6.7-ci bəndin əlavə edilməsi təklifi qeyd edilib.