Dünyanın ən böyük kinostudiyaları, o cümlədən "Sony", "Warner Bros.", "Disney" və "Marvel" Rusiyada film istehsalını müvəqqəti dayandıracaq.

"Unikal"  xəbər verir  ki,“Warner Bros.” studiyası baş rolunu Robert Pattinsonun oynadığı “Betmen” filminin Rusiyada nümayişini premyeradan bir gün əvvəl ləğv edib.

"Ukraynadakı humanitar böhrana görə "WarnerMedia" Rusiyada "Batmeni"nin buraxılışını dayandırır. Biz vəziyyəti izləməyə davam edəcəyik və bu faciənin tezliklə sülh yolu ilə həllinə ümid edəcəyik", - deyə şirkətin açıqlamasında bildirilir.