Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.
"Unikal" xəbər verir ki, qurumdan bildirilib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.
Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.