"Yaxın onillikdə Moskva ilə yeni hərbi münaqişələr qaçılmazdır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Ukrayna 2032-2035-ci ilə qədər Rusiya ilə daha iki və ya üç toqquşma gözləyir ki, bu da Kremldə kimin hakimiyyətdə olmasından asılı olmayaraq qaçılmazdır", - nümayəndə bildirib.
Onun sözlərinə görə, Ukrayna mövcud vəziyyətdən müvafiq nəticə çıxarmasa, o zaman Rusiya Federasiyası ilə bir-iki ildən sonra qaçılmaz olaraq baş verəcək qarşıdurmanın ikinci raundu "çox pis" qarşılanacaq.
Ağarza Elçinoğlu