Rusiya hökumətinə məxsus "İl-96-300" təyyarəsi aprelin 8-i səhər saatlarında Finlandiya hava məkanını pozub.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya təyyarəsi Porvoo bölgəsində Finlandiya körfəzi üzərindən ölkənin hava məkanına daxil olub və təxminən üç dəqiqə orada qalıb.
"Finlandiya hava məkanının pozulması hallarını həmişə ciddi qəbul edib. Sərhədçilər insidenti araşdırır. Bizim kifayət qədər müşahidə imkanlarımız var, indiyə qədər bütün belə hallar aşkar edilib və biz onlara effektiv cavab verə bilərik", - müdafiə naziri Antti Kaykkonen bildirib.
Ağarza Elçinoğlu