Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukraynanın Kiyev vilayətinin Buça şəhərinə səfər etməkdən imtina edib.
Bu barədə "Unikal" RİA “Novosti”yə istinadən xəbər verir.
“Dəvətə gəlincə, mən istərdim ki, Ukrayna hökumətinin ayrı-ayrı nümayəndələri gürcü xalqının və onun hökumətinin Ukraynaya və Ukrayna xalqına verdiyi güclü dəstəyi tam başa düşsünlər. Ölkələrimiz arasında bu dəstək və tərəfdaşlıq Ukrayna rəsmilərinin gürcü xalqını öz hökumətindən ayırmaq cəhdlərinə layiq deyil. Bu məsələlərin anlaşılmazlığını nəzərə alsaq, rəsmi dəvət yersiz görünür”, - Papuaşvili açıqlamasında bildirib.
Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə mülki şəxslərin meyitləri aşkarlanıb.