İran 24 ABŞ vətəndaşına sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onlar terrorizmi dəstəklədiyinə və insan haqlarını pozduğuna görə sanksiya siyahısına daxil edilib.
Sanksiya siyahısına ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Votel, keçmiş ticarət naziri Uilbur Ross, keçmiş maliyyə naziri Ceykob Cozef Lyu, Donald Trampın vəkili də daxil olmaqla 24 yüksək ranqlı şəxslər daxildir.