Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bu gün Rusiya Federasiyası ilə Ukrayna arasında daha bir əsir mübadiləsinin baş verdiyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Moskalkova Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən gecə Rusiya-Ukrayna əsirlərinin növbəti mübadiləsi baş tutub:
“Onların arasında “Rosatom”un dörd əməkdaşı və hərbçilərimiz var. Əsirlər bu gün səhər tezdən Rusiya torpaqlarına endilər”.
Bundan əvvəl KİV Ukrayna baş nazirinin müavini İrina Vereşçuka istinadən Rusiya ilə üçüncü dəfə əsirlərin mübadiləsi barədə məlumat yaymışdı.