Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gəlib.
"Unikal" xəbər verir ki, by barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu gün məlumat verib.
Məlumata görə, bu rəqəm bir gündə 62,000-dən çox artıb.
Təşkilatın saytında yerləşdirilən informasiyaya görə, fevralın 24-dən aprelin 9-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 503 min 954 nəfərə çatıb. Gün ərzində 62 min 291 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.
Fevralın 24-dən aprelin 9-dək Polşaya 2 593 902, Rumıniyaya 686 232, Macarıstana 419 101, Moldovaya 410 882 qaçqın gəlib.