Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif İmran Xanın yerinə Pakistanın Baş naziri ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazır.
“Media ölkənin Baş naziri postuna Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərifin keçə biləcəyini yazır”, - agentlik bildirib.
Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) şənbə günü Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Belə ki, 342 deputatdan 174-ü, yəni ölkənin qanunverici orqanının aşağı palatasının əksəriyyəti bu təşəbbüsün lehinə səs verib.
Pakistanın Milli Assambleyasının deputatı Ayaz Sadiqin sözlərinə görə, yeni Baş nazir bazar ertəsi (11 Aprel - Red) parlamentdə seçiləcək.
Qeyd edək ki, Pakistanın aparıcı müxalifət partiyasının (Pakistan Müsəlman Liqasının) lideri Şahbaz Şərif 2018-ci ildə korrpusiyaya görə saxlanılmışdı.
Belə ki, o, Pəncab əyalətinin hökumət başçısı olduğu 2013-2018-ci illərdə korrupsiya ilə məşğul olmaqda şübhəli bilinirdi. Şahbaz Şərif keçmiş Baş nazir Nəvaz Şərifin qardaşıdır.