Bazar günü Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu şəhərində polislə terrorçular arasında atışma nəticəsində 5 terrorçu öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis şəhərdə terrorçuların olması ilə bağlı məlumat əsasında Terrorla Mübarizə İdarəsi ilə birgə əməliyyat keçirib.
Atışma zamanı 5 terrorçu öldürülüb, bəziləri isə sutkanın qaranlıq vaxtına təsadüf etdiyindən qaçmağa müvəffəq olub. Onların tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Bildirilir ki, terrorçulardan çoxlu sayda silah və sursatın götürülüb. Öldürülən terrorçuların qadağan olunmuş "Təhrik-e-Taliban Pakistan" qruplaşmasının üzvləri olduğu bildirilir. Onlar məqsədyönlü qətllər, bomba partlayışları və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak ediblər.