"Rusiya Odessa və Dneperi də ələ keçirmək üçün hücuma hazırlaşır".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan kapitanı Harri Tabah teledebat zamanı efirdə bildirib .
"Rusiya gözlənilməz, məntiqsiz hərəkət edir və onların hərəkətlərini izah etmək mümkün deyil. Həm özünün, həm də başqasının həyatını məhv edir. Günahsız insanları qətl edir. Bu hərəkətlər anlaşılmazdır", - deyə Tabah bildirib.
Tabah Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın işğalına qarşı özünümüdafiə etmək üçün daha da güclü hazırlıqlar keçirdiyini də deyib.
Aynurə Xudaverdiyeva