Gürcüstanda ötən sutkada daha 107 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 651 577-yə, ölənlərin sayı isə 16 777-yə yüksəlib.

Son bir gündə 281, ümumilikdə isə 1 631 715 nəfər müalicə olunaraq sağalıb.