Donetsk vilayətinin Mariupol şəhərində genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı on minlərlə insan həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreya parlamentində çıxışı zamanı bildirib.
"Hazırda ən pis vəziyyət Mariupoldadır, çünki şəhər martın 1-dən Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb. Mariupol məhv edilib. On minlərlə həlak olan var, amma buna baxmayaraq, ruslar hücumu dayandırmır. Onlar Mariupolu "möhtəşəm" bir şəhərə çevirmək istəyirlər”, - deyə Zelenski bildirib .
Qeyd edək ki, Rusiyanın təcavüzü Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. İşğalçılar silahsız sakinləri bombalayır və humanitar yardımın qarşısını alır.
Gülayə Mecid