Rusiya Federasiyası Ukraynaya qarşı yeni hücuma hazırlaşır.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreya parlamenti qarşısında çıxışı zamanı deyib.
“Ərazilərimizin bəzi yerlərində döyüşlər davam edir. Rusiya milli müqavimətimizi qırmaq ümidi ilə növbəti hücuma hazırlaşır. İşğalçılar yeni zərbələr endirməyə çalışmaq üçün on minlərlə əsgər və böyük miqdarda texnika cəmləşdiriblər”, - deyə Zelenski bildirib.
Zelenski müharibəni dayandırmaq üçün dünyanı Rusiyaya qarşı daha da sanksiyalar tətbiq etməyə çağırıb.
Gülayə Mecid