Avropalı tərəfdaşlar Ukraynaya hərbi materiallar, o cümlədən ağır silahlarla dəstəyi gücləndirməlidir.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Nazirin sözlərinə görə, Ukraynadan hər gün gələn dəhşətli şəkillər fonunda Kiyevin özünü müdafiə edə bilməsi üçün əlavə hərbi dəstəyə ehtiyacı olması başa düşüləndir. Almaniya bunu beynəlxalq tərəfdaşlarla, Avropa Sülh Fondu çərçivəsində milyonlarla avro göndərən avropalı tərəfdaşlarla birlikdə edir.
“Amma aydındır ki, Ukraynanın hələ də hərbi materiallara, o cümlədən ağır silahlara ehtiyacı var. İndi bəhanələrin vaxtı deyil, indi yaradıcılıq və praqmatizm vaxtıdır və söhbət materialları necə təmin etməkdən və mümkün qədər tez ordunu hazırlamaqdan gedir”, - Burbok bildirib.
O, həmçinin Ukraynanın şəhər və qəsəbələrində Rusiyanın hərbi cinayətlərinə dair sübutların saxlanmasının vacibliyini vurğulayıb.
Gülayə Mecid