Rusiyada son sutka ərzində daha 11 855 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal"ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 007 915 nəfərə çatıb.

Son sutka ərzində 248 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 371 914 nəfərə çatıb.