Pakistanda müxalifət blokunun namizədi 70 yaşlı Şahbaz Şərif parlamentdə keçirilən səsvermədə baş nazir seçilib.
"Unikal" xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb.
Bildirək ki, Şahbaz Şərif Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır. N.Şərif 2013-cü ildən 2017-ci ilə qədər Pakistanın Baş naziri vəzifəsində çalışıb. O, buna qədər iki dəfə də (1990-93 və 1997-99-cu illərdə) bu vəzifəni icra edib. Bununla yanaşı, 1985-ci ildən 1990-cı ilə qədər Pəncab əyalətinin Baş naziri olub.
Gülayə Mecid