Xorvatiya hakimiyyəti Rusiyanın Zaqrebdəki səfirliyindən 18 diplomatı və inzibati və texniki heyətin 6 üzvünü ölkədən çıxarmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Nesterenkoya nota verib və ona Rusiyanın Zaqrebdəki səfirliyində diplomatik və inzibati-texniki işçilərin sayının azaldılması barədə məlumat verib.
"Rusiyanın Xorvatiyadakı səfirliyinin 18 diplomatı və altı inzibati-texniki heyətinin (cəmi 24 əməkdaşı) Xorvatiya Respublikasını tərk etməsi təklif edilib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu