Ukrayna prezidenti Vladimir Zelenski "CBS" telekanalının "60 dəqiqə" proqramına müsahibə verib.
"Unikal" xəbər verir ki, müsahibədə Zelenskidən sülh üçün Ukraynanın hər hansı bir hissəsindən imtina etməyə hazır olub-olmadığı soruşulub.
Ukrayna dövlət başçısı cavabında sülh naminə Ukrayna ərazilərini Rusiyaya verməyə hazır olmadığını bəyan edib.
"Biz ümumiyyətlə dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Və düşünürəm ki, biz hazır olsaydıq, müharibə olmazdı. Biz Rusiya tərəfini başa düşürük. Başa düşmədiyim Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Mən bunu tanımıram. Və sonra onlar Donbassla bağlı sualları həll etmək istəyirlər və iştahları artıb, onlar bütün Donbassı istəyirlər, sonra isə Xerson bölgəsini və cənubun bir hissəsini ələ keçirib müvəqqəti işğal ediblər və bilirik ki, onlar çox həvəslidirlər", - deyə Zelenski bildirib.
Gülayə Mecid