17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Nərimanov rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.