Beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər.
"Unikla" xəbər verir ki, bunu deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanuna təklif edilən son dəyişiklikləri şərh edərkən bildirib.
O qeyd edib ki, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər.