Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.
Universitetdən "Unikal"a bildirilib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.
Qeyd olunub ki, məlum hadisə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.
Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.
***15:26
Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.
"Unikal" "Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.
Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.
Araşdırmalar davam etdirilir.