ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 0,87% artaraq, 1 barelə görə 107,73 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,82% artaraq 103,03 dollar təşkil edib.