İqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” səhifəsində qeyri neft-qaz sektorundan yazıb.
"Unikal" xəbər verir ki, paylaşımda bildirilir:
“Qeyri neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 milyard 9 milyon 900 min manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir”.