"Obrazlı desək, Azərbaycan manatı kağız neftdir. Neftin qiyməti nə qədər yüksəkdirsə, manata ciddi bir təhlükə yoxdur".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qiymətlərin belə yüksəldiyi, inflyasiyanın çoxaldığı dövrdə hökumətin və Mərkəzi Bankın devalvasiyaya getməsi ehtimalı sıfıra bərabərdir.
"Bu, yüksək olan inflyasiyanı daha da artıra bilər. Neftin indiki qiymətində devalvasiya olmayacaq. Hətta neftin qiyməti 60 dollara qədər düşsə belə devalvasiya təhlükəsinin qarşısını almaq mümkündür. Qiymət 60 dollardan aşağı düşərsə, dünyada geosiyasi vəziyyət dəyişərsə, o zaman manata basqılar artacaq. İndiki halda dolların məzənnəsinin dəyişməsi mümkünsüzdür".
Anar Kəlbiyev