Aprelin 23-də Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada müxtəlif dövlət qurumları və ictimai birliklərin nümayəndələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, professor Asəf Zamanov, professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, şöbə müdiri Turan Kərimli və universitetin tələbələri də iştirak ediblər.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağaclar, əsasən zeytun və eldar şamı əkilib.
Qeyd edək ki, Beynəlxalq Yer Günü 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hər il Beynəlxalq Yer Günü ilə əlaqədar dünyada milyonlarla insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, təbiəti tullantılardan təmizləyir.