Türkiyəli aktrisa Büşra Pekinin yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Rehber" serialında rol alacaq. Ekran işində internat məktəbində oxuyan üç qızın həyatı işıqlandırılacaq. Serial 8 bölümdən ibarət olacaq. Büşranın hansı obrazı canlandıracağı hələlik bəlli deyil.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Kardeş payı" adlı serialla 8 il əvvəl ekranda görünüb.