Bu gün Əfv Komissiyasının iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılıb. İclasda 100-dən artıq müraciətə baxılıb.

Əfv Komissiyasının iclasları müntəzəm olaraq keçiriləcək və müraciətlərə baxıldıqdan sonra siyahı təqdim ediləcək.

xxx

15:00

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.

Qeyd edək ki, komissiyanın iclasları 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlıdır.

Anar Kəlbiyev

***

09:02

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.