Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq.
"Unikal" “Azəriqaz”a istinadən xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.