Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları – Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Mina Bağırova və Keyfiyyət təminatı şöbəsinin Monitorinq və keyfiyyətə nəzarət bölməsinin baş mütəxəssisi, Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa Birliyinin Erasmus+ layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin Eskişehir Anadolu Universitetində təşkil olunan beynəlxalq tədbirdə iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbir çərçivəsində Anadolu Universitetinin Turizm fakültəsinin dekan müavini Ali Çevik, Erasmus+ proqramı üzrə koordinatoru və müəllimi Dr. Engin Bayraktaroğlu, Beynəlxalq şöbənin məsul əməkdaşı Lili Feng ilə keçirilən görüşdə M.Bağırova və F.Raşova başlıca müzakirə predmeti kimi məhz pandemiya dövründə turizmin inkişafının və davamlılığının təmin olunması məsələlərinə münasibət bildiriblər.
ATMU təmsilçilərinin adıkeçən tədbirdə iştirakı sayəsində turizm təhsilində diqqətçəkən yeniliklər, tədris metodları, o cümlədən Azərbaycan Turizm və Menecment Universiteti və Eskişeher Anadolu Universitetinin turizm fakültəsinin professor – müəllim heyəti arasında fikir və təcrübə mübadiləsinin təşkilinə təkan veriləcək.