"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edirəm. Çıxın televiziyaya xalqa deyin ki, pensiyanızı biz kəsmişik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı "Əmək pensiyaları haqqında qanun"a təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər", - deyə deputat bildirib.
Anar Kəlbiyev