Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.
Şahin Əliyev bu təyinatadək Səbail Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-mayor Yaşar Əliyevin qohumudur.