Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Həqiqət Qədirova dəfələrlə həkimlərlə aralarında yaranan qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.
Murad İbrahimli