Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Aqrar Təqdiqatlar və Siyasətlər Baş İdarəsi (TAGEM) mütəxəssisləri arasında videokonfrans formatında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş ötən dövrdə bitki sağlamlığı sahəsində AQTİ və TAGEM arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində cari il üçün görüləcək işlərin fəaliyyət planının müzakirəsi məqsədilə təşkil olunub.
Görüşdə Anlaşma Memorandumu əsasında reallaşacaq fəaliyyət planı təkrar nəzərdən keçirilib, əməkdaşlığın növbəti mərhələsi, eyni zamanda qarşılıqlı maraq doğuran, birgə fəaliyyətdə üstünlük verilən istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Sonda tərəflər arasında prioritet mövzulara uyğun olaraq təlimlərin təşkili, müvafiq sahədə fəaliyyət göstərən laboratoriyalar arasında qarşılaşdırma testləri və Referens material ehtiyacı üzrə əməkdaşlığın qurulması üzrə razılığa gəlinib.