Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlıər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 4 qumbara, 4 alışdırıcı, 3 tüfəng, 3 patron darağı və 154 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər .