Tovuzda bələdiyyəyə aid ərazidə yanğın baş verib.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Bildirilib ki, bələdiyyəyə aid ərazidə 270 ha sahədə kol-kos, ağaclar və 3 ədəd elektrik dirəyi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.