Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə aprelin 27-si saat 11 radələrində rayonun Arazbari kəndi ərazisində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.