Londonun "ICE" birjasında "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 4,76 faiz bahalaşıb.
"Unikal" xəbər verir ki, neftin bir barrel üçün qiyməti 109,96 dollar təşkil edib.
Axşam saatlarında "Brent" neftinin qiyməti 4,93 faiz artaraq 110,15 dollar olub.
Qeyd edək ki, sonuncu dəfə "Brent" markalı neftin qiyməti aprelin 19-da 110 dollar səviyyəsində olmuşdu.